Türk iş adamı Hamit Duras Türkiyəyə yardım telemarafonunda məbləği səhv dedi...

Türk iş adamı Hamit Duras Türkiyəyə yardım telemarafonunda məbləği səhv dedi... backend

50 milyon TL yoxsa 50 min TL...

Türk iş adamı Hamit Duras ölkədəki dağıdıcı zəlzələlərdən zərər çəkənlərə telemarafon zamanı çaşıb və səhvən 50 milyon türk lirəsindən (2,6 milyard dollardan çox) çox pul vəd edib, lakin ertəsi gün onun əslində 50 min türk lirəsi vəd etdiyi məlum olub. 

"Həyəcandan devalvasiyadan əvvəl" köhnə "pulun miqdarını söylədim ... və aparıcı səhvi düzəltmədi" deyə, Duras bildirib.

Verilən məlumatına görə, Türkiyədə zəlzələdən zərərçəkənlər üçün vəsait toplamaq məqsədi ilə dünənki TÜRKİYƏ TƏK ÜRƏK telemarafon Türkiyənin 200-dən çox telekanalı və 550 radiostansiyasında keçirilib. Ümumilikdə ianələrin məbləği 115 milyard türk lirəsini (6 milyard dollar) keçib.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə bir neçə dağıdıcı zəlzələ, ardınca isə 1891 afterşok baş verib. Ümumdünya Səhiyyə Təşkilatının Avropa Bürosunun rəhbəri Hans Kluge bildirib ki, fevral ayında Türkiyə və Suriyada baş verən zəlzələlər Avropa regionunda bir əsrin ən güclü təbii fəlakətidir.

QAZİLER.AZ

Diaspora