Yardım ya bank hesabına, ya da TC kimlik vəsiqəsinə köçürüləcək
Türkiyədə baş vermiş zəlzələdə ölən, yaralanan insanlarla yanaşı həm də yaşayış mənzilləri zədələnən, dağılmaq təhlükəsinə qədər qorxulu vəziyyətə düşən vətəndaşlar da oldu.
Bir çox dövlətlər Türkiyəyə axtarış-xilasetmə əməliyyatlarına kömək etmək məqsədilə xilasedici dəstələr göndərdilər. Təbii ki, Azərbaycan da qardaş dövlətə öz yardımını əsirgəmədi. Bu gün xilasedicilərimiz canla-başla qardaşlarına yardım edirlər.
Zəlzələ nəticəsində təkanların gücündən yaxınlıqdakı ərazilərdə yaşayış binaları ciddi zərbə alıblar. Dövlət tərəfindən komissiya təşkil olunaraq dəymiş zərərin nəticələri hesablanıb. Artıq bəzi ərazilərdə bu proses bitib. Zərərdəymiş ev sahiblərinə dövlət tərəfindən 10 min TL yardım kompensasiya ödənişi başlanılıb.
Verilən məlumata görə bu günə qədər 337933 ev zədəli olaraq qeydiyyata alınıb. Həmin ev sahiblərinə ödəmələr e-Devlet-dən verilən arayışla veriləcək. Məbləğ Ziraat Bankında hesabı olanların kartına, hesabı olmayanların isə TC kimlik vəsiqələrinə köçürüləcək.
QAZİLER.AZ