AFAD da ödəmələrdə iştirak edəcək
Türkiyənin Kahramanmaraş şəhərində baş verən güclü zəlzələdə yaxın ərazilər də ciddi zərər gördülər. Yüz minlərlə insan evsiz qaldı, zəlzələ olmayan bölgələrdə isə yaşayış binaları çat verdi, zədələndi, dağılmaq təhlükəsi altında qaldı.
Artıq bəzi ərazilərdə dəymiş zərərin yoxlanılıb, araşdırılması bitib. Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə yoxlaması bitmiş binaların sahiblərinə 10 min TL yardım ödənişinə başlanılıb.
Ödəmələr AFAD, Şəhərsalma və İqlim dəyişikliyi Nazirliyi, Vətəndaşlıq işləri üzrə Baş İdarə, Qeydiyyat və Kadastro Baş İdarələrinin birgə əməkdaşlığı sayəsində mənzillərin zədə vəziyyəti ağır halda olan ev sahiblərinə veriləcək.
QAZİLER.AZ