Ukrayna yüz hərbçi və mülki şəxsi rus əsirliyindən geri qaytardı

Ukrayna yüz hərbçi və mülki şəxsi rus əsirliyindən geri qaytardı backend

Bu gün, fevralın 16-da Ukrayna ilə Rusiya arasında daha bir əsir mübadiləsi baş tutub.

100 Ukrayna əsgəri və bir mülki vətəndaş evlərinə qayıdıb.

Qaziler.az bildirir ki, bu barədə Ukrayna prezidenti aparatının rəhbəri Andrey Yermak bildirib.

Azad edilən hərbçilər arasında Milli Qvardiyaçılar, sərhədçilər və Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri var. Onlardan 94-ü Mariupolun müdafiəçisi, o cümlədən 63-ü Azovstal əsgəridir. Bu dəfə mübadilə nəticəsində azad edilən bütün əsgərlər sıravi və çavuşlardır.

Yermak qeyd edib ki, qəhrəmanların əksəriyyəti müxtəlif dərəcəli xəsarətlər alıb.

QAZİLER.AZ

Diaspora