AFAD Kahramanmaraşda zəlzələ zamanı evləri dağılan zərərçəkənlərə 10 min lirə məbləğində maddi yardımın verilməyə başlanıldığını açıqlayıb.
Qaziler.az Türkiyə mediasına istinadla xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələ bölgəsinə səfəri zamanı çıxışında ilk etapda hər ailəyə 10 min lirə ödəniləcəyini bildirmişdi.
Bu günə qədər 337 min 933 ailəyə dəymiş ziyanın qiymətləndirilməsinin tamamlandığı və ödənişlərə başlanıldığı açıqlanıb.
Ödənişlər üçün heç kimdən müraciət tələb olunmur. Qeyd olunub ki, yardım pulu birbaşa "Ziraat Bankı"nda hesabı olan vətəndaşların hesabına, kartı olmayanlara isə şəxsiyyət vəsiqəsinin nömrələrinə köçürüləcək.
QAZİLER.AZ