“SOCAR Türkiyə” Türkiyə və Azərbaycan teleradio kanallarının ortaq yayımında “Türkiyə, tək ürək” kampaniyası çərçivəsində 3.5 milyon türk lirəsi məbləğində ianə edib.
Qaziler.az xəbər verir ki, bunu canlı efirdə SOCAR Türkiyə şirkətinin Kommunikasiya və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Mikayıl Yusifov bəyan edib.
Onun sözlərinə görə, yaşanan faciə ifadə edilməyəcək qədər böyükdür. SOCAR rəsmisi Türkiyə və Azərbaycanın iki dövlət, bir millət olduğunu bir daha xatırladıb.