Bu gün artıq ilk xəstəni qəbul ediblər
Türkiyənin Kahramanmaraş şəhərində baş verən zəlzələdə on minlərlə insan dağıntılar altından çıxarılıb. Onlar çıxarılarkən ilk tibbi yardım göstərmək üçün yaxınlıqda qurulan səhra hospitallarına çatdırılır.
Artıq bir neçə dövlət səhiyyə sahəsində yardım göstərmək məqsədiylə Türkiyənin zəlzələ baş vermiş bölgələrinə yaxın ərazidə səhra hospitalları qurublar.
Bu gün Fransanın Daxili İşlər Nazirliyindən bildiriblər ki, Türkiyənin Adıyaman şəhərində Gölbaşı ərazisində sahəsi 1000 kv olan səhra hospitalı qurulub və bu gündən fəaliyyət göstərir, hətta artıq birinci xəstəsini qəbul edib. Xəstəxanada eyni anda 100 xəstənin müayinə və müalicəsi üçün yararlıdır.
QAZİLER AZ