Türkiyədə fevralın 6-da yaşanan zəlzələ fəlakətinin üstündən 10 gün keçməsinə baxmayaraq, hələ də dağıntılar altında qalanlar var.
Qaziler.az xəbər verir ki, türkiyəli aparıcı Cüneyt Özdemir ilk gündən ölkədəki vəziyyəti “YouTube”un canlı yayımı vasitəsiylə izləyənlərin diqqətinə çatdırıb.
Növbəti çəkilişini Hatayda edən aparıcı 1 saat 50 dəqiqəlik yayımda faciə ilə bağlı fikirlərini belə ifadə edib:
“Uzun illər müharibə müxbiri kimi fəaliyyət göstərmişəm, İraqa, Əfqanıstana getmişəm, amma belə bir dağıntı görməmişəm. Yəni bir şəhəri bombalasan, ona bu qədər zərər verə bilmərsən. Binalar bu dərəcədə dağılmaz. Bəzi halları izah etməyə sözlər belə kifayət etmir”, - deyə Cüneyt Özdemir deyib.
QAZİLER.AZ