Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan AFAD-da jurnalistlərlə görüşdü

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan AFAD-da jurnalistlərlə görüşdü backend

Zəlzələnin nəticələri açıqlandı

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan AFAD Mərkəzində mediaya zəlzələnin nəticələri haqda açıqlama verib.

Prezident öz çıxışında ilk öncə baş vermiş zəlzələdə həlak olanların ailələrinə başsağlığı verib. Bundan sonra gələcək yenidənqurma haqqında danışaraq bildirib ki, mart ayından dəymiş zərərin hesablandığı və dağıntı altında axtarışların bitdiyi ərazilərlə tikinti işlərinə başlanacaq.

Dövlət başçısı zəlzələnin ağırlığı haqqında danışarkən bildirib ki, adətən zəlzələlər dənizin dibində olur, dalğası qurunu vurur. Türkiyədə isə zəlzələ daha ağır halda, beləki quruda baş verdi. Bu zəlzələnin dağıdıcılıq gücü yüzlərlə atom bombasınln gücünə bərabər oldu. Məhz bu səbəbdən itkilərimiz və ziyanımız bu qədər çox oldu.

QAZİLER.AZ

Diaspora