Türkiyədə AFAD-ın Zəlzələ Riskin Azaldılması üzrə baş direktoru Orxan Tatar zəlzələdən sonrakı durumla bağlı brifinq keçirib.
Qaziler.az Türkiyə mediasına istinadla xəbər verir ki, o açıqlamasında yer qabığının 7,3 metr (7 metr 30 santimetr) sürüşdüyünü vurğulayıb.
“Bu zəlzələ Anadolu coğrafiyasının son 2 min ildə yaşadığı ən böyük zəlzələlərdən biridir. Bu iki zəlzələnin ümumi təsir müddəti təxminən 2 dəqiqə ərzində yayılıb. Hər iki zəlzələ zamanı yerin qabığı 2 dəqiqə ərzində güclü silkələnib. Zəlzələlərin dərinliyi orta hesabla 7,8 metr ilə 10 kilometr arasında dəyişir.
Yer qabığında dünənə kimi 3-4 metrə çatdığı məlum olan yerdəyişmələrin dünən yataqdan alınan məlumatlarda 7,3 metrə qədər olduğu müəyyənləşib”, - deyə Orxan Tatar qeyd edib.
QAZİLER.AZ