Türkiyədə zədələnən binaların qeydiyyatı aparılır

Türkiyədə zədələnən binaların qeydiyyatı aparılır backend

Çox zədələnən binalar söküləcək

Türkiyədə 7.6 və 7.7 bal gücündə baş vermiş zəlzələdə ən çox dağılan şəhərlər Qaziantep, Kahramanmaraş, Hatay və Adıyaman oldu.

Eyni zamanda həmin şəhərlərə yaxın bölgələr də ciddi zədə gördü. Köhnə binalar daha təhlükəli vəziyyətə düşdü. Zəlzələnin güc təsiri köhnə binalarda ciddi fəsadlar yaratdı. 

Nə qədər də keyfiyyəti inşa olunsalar da artıq elə binalarda yaşamaq çox təhlükəlidir. Məhz bu səbəbdən dövlət səviyyəsində yaşayışa yararsız binaların qeydiyyatına başlanılıb.

Məlum olub ki, hazırda 10579 bina zədələnib, bunlardan 4787-si çox təhlükəli vəziyyətdə olduğundan dərhal sökülməlidir.

QAZİLER.AZ

Diaspora