Türkiyədə əhalinin köçürülməsinə başlanıldı...

Türkiyədə əhalinin köçürülməsinə başlanıldı... backend

Zədəli binalarda yaşamaq təhlükəlidir

Kahramanmaraşda baş verən dəhşətli zəlzələ Türkiyədə tikinti sektorunda nəzarəti və köhnə binaların sökülməsi məsələsini gündəmə gətirdi. Artıq zəlzələdən zədələnmiş binaların sakinlərinin köçürülməsinə başlanılıb. 

Mersinə köçən Ayşe Başpınar da zəlzələdə zədələnmiş binalardan birində yaşayırdı. Sakinlərin təxliyyəsi zamanı o, " ağır dərddi... itgilərimiz çox oldu. Bu gün isə öz evimizdən məcburiyyət qarşısında qalıb çıxırıq, çünki burda yaşamaq artıq təhlükəlidir"-deyə, bildirib.

Ərazi Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyindən verilən məlumata görə, dağıntıya ən çox məruz qalan ərazilər Qaziantepin Nurdağ bölgəsi, Adıyamanın Mərkəzi, Kahramanmaraşın Dukadiroğlu, Hatayın Antakya  bölgələridir.

QAZİLER.AZ

Diaspora