Türkiyədə həbslər başladı...Baş prokurorluq işə keçdi

Türkiyədə həbslər başladı...Baş prokurorluq işə keçdi backend

Kiber cinayətkarlıq artıb

Türkiyədə, Kahramanmaraşda 7.6 və 7.7 bal gücündə baş vermiş zəlzələdə ölkəyə ciddi zərər dəydi. Yüz minlərlə insan hələ də dağıntılar altında qalıb, yüz minlərlə insan evsiz-eşiksiz qaldı, on minlərlə  insan həlak oldu.

Türkiyəyə dünyanın hər yerindən yardımlar göndərildi, bir çox dövlət Türkiyəyə kömək məqsədilə hətta xilasedicilər də səfərbər etdilər. Türkiyənin zəlzələdən uzaq olan bölgələrində isə istər iş adamları, istərsə də sadə vətəndaşlar öz həmyerlilərinə kömək etmək üçün birləşdilər.

Lakin elələri də oldu ki, Türkiyənin ağır günündə öz pis əməllərini daha da artırdılar. İnsanları təşvişə salmaqla, müxtəlif dövlət orqanlarının  adından istifadə edərək onları qorxuya salacaq mesajlar, xəbərlər yaymaqla onsuzda ağır günlər keçirən, stressdən hələ çıxmamış insanları təşvişə salmaqla şübhəli bilinən şəxslər aşkarlanıb. 

Türkiyə Cümhuriyyəti Baş Prokurorluğundan verilən məlumata görə 293 nəfər haqqında araşdırma aparılır, 78 nəfər nəzarətə götürülüb, 20 nəfər həbs olunub. 

Kiber Cinayətlərlə Mübarizə Baş İdarəsindən aldığımız xəbərə görə 46 internet saytı bağlanıb, dövlət orqanlarının adından istifadə edərək vətəndaşlardan pul alan 15 sayt nəzarətə götürülüb.

QAZİLER.AZ

 

Diaspora