Ermənistan-Türkiyə sərhədi üçüncü ölkə vətəndaşları üçün AÇILIR

Ermənistan-Türkiyə sərhədi üçüncü ölkə vətəndaşları üçün  AÇILIR backend

"Ermənistan və Türkiyə sərhəddəki Marqara körpüsünün tez bir zamanda istismara verilməsi üçün mümkün olan hər şeyi edəcək".

"Report"un xəbərinə görə, bunu Türkiyənin Ermənistanla münasibətlərin normallaşması üzrə xüsusi nümayəndəsi Serdar Kılıç "Armenpress"ə müsahibəsində deyib.

O bildirib ki, tərəflərin son zamanlar atdığı addımlar münasibətlərin normallaşması prosesinə müsbət təsir göstərəcək: "Bu gün Ermənistan və Türkiyə üçüncü ölkə vətəndaşları üçün sərhədlərin açılması işinə yeni təkan vermək barədə razılığa gəliblər.

Ankara zəlzələ ilə bağlı Ermənistan tərəfinin verdiyi dəstəyi unutmayacaq. Biz mühüm proseslərdən keçirik".

Diaspora