Rusiya diktatoru Vladimir Putin Ukraynaya qarşı uzunmüddətli müharibəyə hazırlaşır. Bununla belə, Rusiya elitasının bir hissəsi Rusiyanın qələbəsinə inanmır.
Qaziler.az bildirir ki, bu barədə Reuters xəbər verir.
Nəşr bildirir ki, Putin müharibəyə "dönüş nöqtəsi kimi", ABŞ-a "dərs vermək" imkanı kimi baxır. Lakin o səhv edib, çünki Ukraynadakı müharibə Rusiya Federasiyasını təcavüzkar və beynəlxalq təcrid vəziyyətinə saldı.
Rusiyalı mənbə nəşrə bildirib ki, Putinin reputasiyasını yaxşılaşdırmaq ümidləri puç olub və itkilər işğal olunmuş ərazilərə görə ona haqq qazandıra bilmir.
"Qarşıda həm Ukrayna, həm də Rusiya üçün daha çətin olacaq. Bu böyüklükdə iqtisadi itkilər bir neçə işğal olunmuş əraziyə dəyməz", - həmsöhbət bildirib.
QAZİLER.AZ