NATO Türkiyəyə yardım məqsədilə 1000 ədəd konteyner göndərəcək

NATO Türkiyəyə yardım məqsədilə 1000 ədəd konteyner göndərəcək backend

“Əsrin fəlakəti” olaraq xarakterizə edilən Kahramanmaraşda baş vermiş zəlzələdən zərər çəkmiş insanların sığınacağı üçün NATO-nun Türkiyəyə göndərəcəyi konteynerin daşınması üçün hazırlıq işləri görülür.

NATO-nun Neapoldakı Birləşmiş Qüvvələr Komandanlığından verilən məlumata görə, ən azı 1000 konteynerdən ibarət olacaq və zəlzələdən zərərçəkənlərə sığınacaq verəcək obyektlərin göndərilməsi üçün hazırlıqlar bir müddət əvvəl başlayıb.

İtaliyanın Taranto şəhərində yerləşən NATO Cənub Əməliyyatlar Mərkəzinin anbarlarda saxlanılan konteynerlər çıxarılaraq daşınması üçün hazır vəziyyətə gətirilib.

Neapoldakı Birləşmiş Qüvvələr Komandanlığının koordinasiya etdiyi nəqliyyat səyləri çərçivəsində konteynerlərin ilk hissəsi gələn həftə daşınacaq.

Bu konteynerlərdən ən azı iki minədək insanın istifadə edəcəyi gözlənilir.

Konteynerlərdə NATO-ya məxsus istilik vasitələri, generatorlar və müalicə ləvazimatları da mövcuddur.

Diaspora