Türkiyədə baş verən zəlzələdə dağıntılar altında qalan 42 yaşlı Melike İmamoğlu adlı qadın 10 gün sonra dağıntılar altından xilas edilib.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, böyük zəlzələdən sonra 35 mindən çox insan dağıntılar altında qalarkən, xilasedicilər bölgələrdə həyat qurtarmaq ümidi ilə işlərini davam etdirir.
Bu dəfə möcüzə xəbəri zəlzələnin episentri olan Kahramanmaraşdandır.
42 yaşlı Melike İmamoğlu zəlzələdən 222-ci saatda xilas edilib.
QAZİLER.AZ