Antakyada baş verən zəlzələnin 209-cu saatında dağıntılar altından çıxarılan Fatma şəhadət barmağını qaldıraraq kəlməye-şəhadət gətirib.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, ata və qızı Antakyanın Cebrail rayonunda yerləşən Murat Mənzilinin dağıntıları altında sağ-salamat tapılıb.
Uzun səylər nəticəsində əvvəlcə ata xilas edilib, daha sonra isə qızı Fatma dağıntılar altından çıxarılıb.
Fatma 209-cu saatda dağıntılar altından sağ-salamat xilas edilib. Gənc qız dağıntılar arasından çıxarılarkən şəhadət barmağını havaya qaldıraraq “Eşhedü en la ilahe illallah ve Eşhedü enne Muhammeden abdühü ve resululuhu” deyərək kəlimeyi-şəhadət gətirib.
Daha sonra gənc qız sağlamlıq qruplarına təhvil verilərək xəstəxanaya aparılıb.
QAZİLER.AZ