Zəlzələ bölgəsində azanlar ambulanslardan oxunur - VİDEO

Zəlzələ bölgəsində azanlar ambulanslardan oxunur -  VİDEO backend

Kahramanmaraşda zəlzələdən zərər çəkmiş şəhərlərdə qurulan çadır şəhərlərdə insanlar çadırlardan qurulan məscidlərdə namaz qılır, təcili yardım maşınlarından azan oxunur.

Zəlzələdən zərər çəkən Adıyaman və Hatayda dağıntı böyük olub.

Hatayın Adıyaman və Kırıkhan rayonunda məscidlər və elektrik xətləri zədələnib.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, şəhərdəki Sümerevler Atletik Pisti üzərində qurulan çadır şəhərciyində təcili yardımın meqafonundan azan oxunur. Vətəndaşlar namazlarını Tunceli Jandarma Komando Xüsusi Hərəkat Taburu Komandanlığının qurduğu çadır məscidində qılır.

Adıyaman Merkez Mehmet Kırçalı Məscidinin çadır şəhərciyində azan oxuyan İmam Hatibi Əli Çelik Anadolu Agentliyinə (AA) zəlzələ nəticəsində məscidlərə ciddi ziyan dəydiyini bildirib.

Zəlzələdə çox sayda insanın həyatını itirdiyini xatırladan Çelik ölənlərə Allahdan rəhmət, yaralılara şəfa diləyib.

QAZİLER.AZ

Diaspora