Ərazidə fövqəladə vəziyyət rejimi elan olunub
Novorossiyskdə tikinti sahəsində aşkar edilən hava bombası səbəbindən yerli fövqəladə vəziyyət rejimi tətbiq edilib.
Novorossiyskdə inşaatçılar Böyük Vətən Müharibəsindən qalma 250 kiloqramlıq bomba tapıblar. İş zamanı mərmini ilk ekskavatorçu görüb. Dərhal işlər dayandırılıb, əraziyə mütəxəssislər cəlb olunub.
- Mərmi Cənub şəhərdaxili rayonunda Qriqoryev küçəsində torpaq işləri aparılan zaman ekskavator tərəfindən qazılıb, - Novorossiysk administrasiyasının vitse-meri Aleksandr Yamenskov bildirib.
Hadisə yerinə gələn pirotexniklər məlumat veriblər ki, bu FAB-250 partlayıcı başlıqlı Almaniya istehsalı olan ümumi təyinatlı bombadır. Mərmi şəhər uğrunda döyüşlər zamanı orada qalıb.
Təhlükəli tapıntının ətrafında qum torbalarından ibarət maneə yaradılıb. Qəhrəman şəhərin meri Andrey Kravçenkonun əmri ilə Qriqoryev küçəsi ərazisində yerli fövqəladə vəziyyət rejimi tətbiq edilib.
QAZİLER.AZ