Rusiya Ukraynada istədiyi nəticəni əldə etsə, Moldova, Polşa və Baltik ölkələrinə ciddi təhdid yaranacaq.
Qaziler.az bildirir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.
"ABŞ-ın müdafiə naziri Lloyd Ostin Ukraynanın yazda əks-hücuma keçməsini gözlədiklərini bildirib. Pentaqon rəhbəri bu məqsədlə Ukrayna Müdafiə Kontakt Qrupundakı bütün tərəfdaşlarla silah-sursat imkanlarının təmin edilməsi üçün çox çalışdıqlarını deyib. Yaza heç nə qalmayıb. Ukrayna əks-hücumdan əvvəl Rusiyanın hücumunu dəf etməlidir. Rusiya yaxın müddətdə işğal ərazisini genişləndirmək məqsədilə hücuma hazırlaşır. Ukrayna ordusu bu hücumu dəf edib Pentaqon rəhbərinin dediyi kimi əks-hücuma keçmək üçün vəd edilən hərbi texnikaya yiyələnməlidir. Ukraynaya qonşu ölkələr narahatdırlar. Çünki Rusiya Ukraynada istədiyi nəticəni əldə etsə, Moldova, Polşa və Baltik ölkələrinə ciddi təhdid yaranacaq", - deyə o bildirib.
QAZİLER.AZ