Türkiyənin Kahramanmaraş bölgəsindən başlayan və 10 vilayətdə baş verən zəlzələ fəlakətində ölənlərin sayı 35 min 418-ə yüksəlib.
Qaziler.az bildirir ki, Türkiyə Prezidenti Ərdoğan Kahramanmaraş mərkəzli zəlzələlərdə 35 min 418 adamın həyatını itirdiyini bildirdi.
105 min 505 nəfərin yaralandığını açıqlayan prezident Ərdoğan:
"13 min 208 yaralımız hələ də xəstəxanalarımızda müalicə olunur. Zəlzələ bölgəsində dağıntı halına gələn 19 mindən çox binanın 15 mininə müdaxilə tamamlandı.
Zəlzələ bölgəsindəki təxminən 369 min binada 1 milyon 850 min ev və iş yeri Ekologiya, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyi qrupları tərəfindən araşdırılıb" - deyib.
QAZİLER.AZ
