Mehmet Topal Malatyaya döndü...
Ölkə futbolunun önəmli adlarından olan Mehmet Topal bu çətin günlərdə məmləkəti Malatyanı tək qoymayıb. Topal lazım olan materialları kəndlərə çatdırıb.
Kahramanmaraşda baş verən 7,7 və 7,6 bal gücündə aş verən zəlzələlər bir çox vilayətdə olduğu kimi Malatyada da böyük dağıntılara səbəb olub. Məmləkəti Malatyaya köməyə tələsənlər arasında Mehmet Topal da olub.
Beşiktaş, Fənərbaxça, Qalatasaray və Trabzonspor... Türkiyə idmanının nəhəngləri də digər klublar kimi fəlakətdən dərhal sonra hərəkətə keçdi. Onlar sanki təbii fəlakətdən zərər çəkənlərə yardım əlini uzatmaq üçün səfərbər olmuşdu. İndiyə qədər əsas rəqiblər zəlzələ zonasını mümkün qədər dəstəkləmək üçün birlikdə hərəkət etdilər. Türkiyə idmanının dörd nəhəngi fəlakət qurbanları üçün daha bir ortaq layihə həyata keçirmək üçün qollarını çırmalayıb.
“Beşiktaş”, “Fənərbaxça”, “Qalatasaray” və “Trabzonspor” Klublar Assosiasiyasının toplantısında ortaq forma hazırlayıb satışa çıxarmaq planlarını müzakirə ediblər. Bildirilib ki, bu xüsusi formadan əldə olunan bütün vəsait zəlzələdən zərər çəkmiş vətəndaşlarımız üçün istifadə olunacaq.
Zəlzələnin ikinci günü bölgəyə gələn Mehmet Topal 1 yük maşını ilə humanitar material və yardım göndərib. Bundan sonra sabiq milli futbolçu hər gün bir-bir kəndləri gəzərək yaxın əyalətlərdən aldığı zəruri əşyaları kənd sakinlərinə çatdırıb.
QAZİLER.AZ