9-cu gündə möcüzə qurtuluş: İki qardaş xilas edildi - VİDEO

9-cu gündə möcüzə qurtuluş:  İki qardaş xilas edildi - VİDEO backend

Hatayın Antakya rayonunda çökən binadan 9-cu gün iki qardaş dağıntılar altından sağ çıxarılıb.

Türkiyə tarixinin ən böyük fəlakəti ilə mübarizə aparır.

Axtarış-xilasetmə işlərinin davam etdiyi şəhərlərdə möcüzəvi xilasetmə işləri yaşanır.

Xilasedicilərin böyük mübarizəsi ilə onlarla insan dağıntılar altından çıxarılıb.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, zəlzələlərdən ən çox zərər çəkən vilayətlərdən biri olan Hatayda daha bir möcüzəli hadisə yaşanıb.

Zəlzələnin 9-cu günündə Türkiyə Taşkömürü Təşkilatı (TTK) qrupları Antakya rayonunda dağıntıda səs eşidib.

Görülən səylər nəticəsində yerli vaxtla saat 16.30 radələrində iki qardaş sağ-salamat xilas edilib.

Xilasetmə anları onların qohumu tərəfindən göz yaşları içində kameraya düşüb.

QAZİLER.AZ

 

 

 

 

Diaspora