Zəlzələ zamanı övladlarını xilas etmək üçün çiynini sındırdı

Zəlzələ zamanı övladlarını xilas etmək üçün çiynini sındırdı  backend

Əsrin fəlakətində böyük dağıntıların yaşandığı Şanlıurfada geyim qarderobu  uşaqlarının üzərinə düşən ana onları qorumaq üçün çiynini mebelin qabağına verib, nəticədə ananın çiyni sınıb.

Mərkəzi Kahramanmaraş olan zəlzələlərdən sonra minlərlə ev xarabalığa çevrilib.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, zəlzələ bölgələrində yaxınlarını xilas etmək istəyən vətəndaşların mübarizəsi davam edir.

Müxtəlif əhvalatların yaşandığı zəlzələdə bir ana uşaqları üçün dağıntılar altında qalıb.

Şanlıurfa Harran Universiteti Xəstəxanasında müalicə alan Ayşe Yalçın həyat yoldaşı və 6, 7 və 13 yaşlı uşaqları ilə Besnidə 7 mərtəbəli yaşayış binasının 2-ci mərtəbəsindəki evində zəlzələyə yaxalanıb.

Oğullarından birinin iş üçün Konyada, digərinin isə İstanbulda olduğunu bildirən Yalçın zəlzələ zamanı evin divarlarının çatladığını bildirib.

Yalçın bildirib ki, 6 yaşlı qızı və 7 yaşlı oğlunun yatdığı otaqdakı qarderob uşaqların üstünə düşüb.

Şkafın ağır olduğunu və uşaqları xilas etmək üçün onun altına girməkdən başqa çarəsi olmadığını bildirən Yalçın:

Uşaqlarım "nəfəs ala bilmirik" deyirdilər. Onları xilas etmək üçün şkafın altına girdim. Uşaqlarımı xilas etmək üçün bir müddət şkafın altında oturdum. Bu zaman həyat yoldaşım və digər uşağım gəldi. Mənə dedi ki, şkafın altından çıxma, yoxsa uşaqlar boğulacaq. Həyat yoldaşım mənə dedi ki, dayan. Bir az da çalışıb uşaqları xilas etdi.

Dayananda qolumu hiss etmədim. O zaman çiynim sınmışdı. Evdən çıxanda yanacaqdoldurma məntəqəsinə sığındıq. Səhər çiynim sındığı üçün xəstəxanaya getdik, onu orada gipsə saldılar. Sonra bizi Şanlıurfa Harran Universiteti Xəstəxanasına göndərdilər.

Zəlzələ zamanı eşitdiyi səslərin ağlından çıxmadığını deyən Yalçın bu ifadələri işlədib:

Özümdən əvvəl övladlarımı düşündüm. Uşaqlar olmasaydı, çölə çıxa bilərdim. Övladlarım getsəydi, ömür boyu unudulmayacaq bir ağrı olacaqdı, amma qolum keçəcək, şükür.

Xilas etdiklərinə görə şükür edən Yalçın zəlzələdə ölənlərə görə daim ağladığını və göz yaşlarını saxlaya bilmədiyini bildirib.

QAZİLER.AZ

 

 

Diaspora