Çinli xilasedici Türkiyədə müsəlman oldu

Çinli xilasedici Türkiyədə müsəlman oldu backend

Türkiyənin Malatya bölgəsinə axtarış-xilasetmə işlərinə cəlb edilən çinli mütəxəssis müsəlman olub.

Qaziler.az Türkiyə mediasına isitinadla xəbər verir ki, çinli xilasedici Jun Cang dağıntılar altında axtarış apararkən Qurani Kərim tapıb və çıxarıb.

Jun Cang Qurani Kərimi türkiyəli mütəxəssisə verib. O da İslamın kitabını Canga hədiyyə etmək qərarına gəlib.

Qurani Kərimi alan Jun Cang da kəlimeyi-şəhadət gətirərək müsəlman olub. Daha sonra çinli xilasediciyə Yusuf adı verilib.

QAZİLER.AZ

Diaspora