Türkiyədə bir vətəndaş zəlzələdən dağılan və risk altında olan binaya girərək divardan asılan Atatürkün tablosunu götürüb.
Qaziler.az “ensonhaber.coma”a istinadla xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülər hər kəsin diqqətini çəkib.
Görüntülərdən də aydın olur ki, darmadağın olan binanın divarından Atatürkün şəkli asılıb. Bir gənc şəklin dağıntılar arasında qalıb məhv olmasıya vicdanı tab gətirmir. Özünü təhlükəyə ataraq binaya girir və Atatürkün şəklini götürərək çıxır.
Həmin anın görüntüləri qısa vaxtda minlərlə izləmə rekordu qırıb.
QAZİLER.AZ