ABŞ-dan gələn xilasedici: "Türkiyə inanılmaz dərəcədə möhkəm bir ölkədir"

ABŞ-dan gələn xilasedici: "Türkiyə inanılmaz dərəcədə möhkəm bir ölkədir" backend

Türkiyədə yaşanan 2 böyük zəlzələdən sonra bölgəyə gələn ABŞ-ın axtarış-xilasetmə qrupunun üzvü Con Marrison davam edən axtarış işləri ilə bağlı NBC kanalına açıqlama verib.

Qaziler.az “ensonhaber.com”a istinadla xəbər verir ki, Marrison axtarışları çoxlu texniki vasitələrlə apardılarını bu şəkildə ifadə edib:

“Çökmüş binaları yoxlayan həm kameralarımız və dinləmə cihazlarımız kimi texniki axtarış vasitələrimiz var, həm də itlərlə sağ qalanları tapmağa çalışan bir neçə kəşfiyyat qrupumuz var".

Morrison dağıntılar altında köməksiz qalan insanları tapmağın hər nə qədər çətin olmasına, vaxt aparmasına baxmayaraq, insanları xilas etmək üçün əllərindən gələni edəcəklərini bildirib:

“Bu, geniş yayılmış bir dağıntıdır. Bu ölkənin inanılmaz dərəcədə möhkəm olduğunu bilirsiniz. Qarşılaşdığımız insanlar burada olduğumuz üçün çox məmnundurlar, minnətdarlıqlarını bildirirlər”, - deyə amerikalı xilasedici vurğulayıb.

QAZİLER.AZ

Diaspora