Türkiyənin Kahramanmaraş vilayətində zəlzələdən 198 saat sonra daha 3 nəfər dağıntılar altından salamat çıxarılıb.
Qaziler.az Türkiyə mediasına istinadla xəbər verir ki, 17 yaşlı Muhamməd Enes və 15 dəqiqə sonra 20 yaşlı böyük qardaşı Abdulbaki Kahramanmaraşda 8 mərtəbəli binanın dağıntıları altından sağ-salamat xilas ediliblər.
199-cu saatda isə Adıyamanda 18 yaşlı Muhamməd Cafer Çetin dağıntılar altından çıxarılıb. Gəncin salamat çıxarılmasından sonra xilasedicilər sevinclə bir-birinə sarılıb.
QAZİLER.AZ

