O, beşulduzlu oteldə zərərçəkmiş adıyla gizlənibmiş
Kahramanmaraşda baş verən güclü zəlzələdə Hatayda dağılan Qala yaşayış binasının podratçısı 1974-cü il təvəllüdlü Ömər Cihan Antalyanın Manavgat bölgəsində zərərçəkənlərin yerləşdirildiyi 5 ulduzlu oteldə yaxalanıb. Onun səhhəti yoxlanıldıqdan sonra dindirilmək üçün ədliyəyə sövq edilib daha sonra əl izi alınaraq həbs olunub.
Xatırladaq ki, fevral ayının 6-da Kahramanmaraşda baş verən 7.7 və 7.6 bal gücündə olan zəlzələdə Cihan İnşaat firması tərəfindən tikilən bina dağılıb. Dağıntılar altında qalıb ölən və yaralananların yaxınları Ömər Cihandan şikayət ediblər və o, şikayət əsasında saxlanılıb.
QAZİLER.AZ