"Türkiyə gözləniləndən daha böyük bir fəlakətlə üz-üzədir".
Qaziler.az DHA-ya istinadla xəbər verir ki, bunu fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə idarənin nümayəndəsi Orxan Tatar bildirib.
"Biz fevralın 6-da baş vermiş iki zəlzələni təhlil edirik. Birinci güclü zəlzələnin müddəti 65 saniyə olub. İkinci zəlzələnin dağıdıcı təsiri isə 45 saniyə olub", - o qeyd edib.
Tatarın sözlərinə görə, bu şəkildə yaşayış məntəqələri təxminən 2 dəqiqə ərzində çox güclü silkələnib.
"İki zəlzələ nəticəsində ayrılan enerji 500 atom bombasının enerjisi ilə müqayisə oluna bilər. Bu günə qədər 2000-dən çox afterşok baş verib və onlar davam edir. Onların böyük əksəriyyəti 4 baldan yuxarı olub", - deyə Tatar qeyd edib.
QAZİLER.AZ