Malatyada itkin düşən azərbaycanlı tələbələrdən biri - Şahin Vəliyevin dayısı Türkiyəyə hadisə yerinə gedib.
Baku TV-nin Türkiyəyə ezam olunmuş müxbirinə danışan Azər Hüseynov bildirib ki, ümidlə bacısı oğlunun sağ-salamat çıxacağını gözləyir:
“Bir neçə gündü buradayam, axtarış işləri bu binada çox çətindir. Gələn günü maraqlandım, dedilər ki, bu binadan ilk günlər bir neçə nəfər sağ çıxıb. Mən də ümidlə ürəkparamı gözləyirəm”.
Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda Türkiyə vaxtı ilə saat 04:17-də 7,7, Kahramanmaraşın Elbistan rayonunda saat 13:24-də 7,6 maqnitudalı zəlzələ olub. Bundan başqa, eyni gündə 04:26-da, Qaziantepin Nurdağı rayonunda 6,4, saat 04:36-da isə Qaziantepin İslahiye rayonunda 6,5 maqnitudalı zəlzələ baş verib. Zəlzələ Kahramanmaraş, Hatay, Osmaniye, Adıyaman, Qaziantep, Şanlıurfa, Diyarbəkir, Malatya və Adana başda olmaqla ətraf ərazilərdə dağıntılar törədib, təkanlar paytaxt Ankarada hiss edilib.
Dağıdıcı təsir göstərən dəhşətli zəlzələdə həlak olanların sayı 29 605 nəfərə çatıb.
Ətraflı Baku TV-nin videosunu təqdim edirik: