Türkiyədəki dəhşətli zəlzələ fəlakətində həyatını itirənlərin sayı 31 min 643-ə yüksəlib.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, zəlzələ fəlakətində həyatını itirənlərin sayı 31 min 643-ə yüksələrkən, 158 min 165 zərərçəkən bölgədən təxliyə edilib.
Kahramanmaraşda 7,7 və 7,6 bal gücündə zəlzələlərdən ölənlərin sayı durmadan artır.
Hər keçən dəqiqə ümidlər tükənsə də bölgədə axtarış-xilasetmə işləri davam edir.
Digər tərəfdən, ölənlərin sayı artır.
AFAD-ın verdiyi son məlumata görə, 31 min 643 nəfər həyatını itirib.
QAZİLER,AZ



