Xilas edilən qızın sevinci: Ən böyük əsgər bizim əsgər! - VİDEO

Xilas edilən qızın sevinci:  Ən böyük əsgər bizim əsgər! - VİDEO backend

Hatayda baş verən zəlzələdə dağıntılar altında qalan 16 yaşlı suriyalı Ayşə 162-ci saatda xilas edilib.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, İBB və hərbçilərdən ibarət xilasetmə qrupları  zəlzələnin 162-ci saatında Ayşe (Reem Khaled Naasani) adlı 16 yaşlı qızı sağ çıxarıb.

UMKE qrupları tərəfindən xərəyə götürülən yeniyetmə qız, onu xilas edən xilasetmə qruplarına: "Ən böyük əsgər bizim əsgər" - deyə səslənib.

Komandalar Ayşəni xilas etdiklərinə və onun sağlam olmasına sevinərək şüarlar səsləndiriblər.

Xəstəxanaya aparılan Ayşenin səhhətinin yaxşı olduğu öyrənilib.

QAZİLER.AZ

Diaspora