Türkiyənin Hatay vilayətində xilasetmə işləri zamanı 17 yaşlı qızı 158 saat sonra dağıntılar altından çıxarıb.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Mersin Böyükşəhər Bələdiyyəsi Xilasetmə Müdirliyinə bağlı axtarış-xilasetmə qrupları Hatayda xilasetmə işləri zamanı 17 yaşlı qızı 158 saat sonra dağıntılar altından çıxarıb.
Mərkəzi Kahramanmaraş olan 10 vilayətdə baş verən zəlzələ bölgəsində axtarış-xilasetmə işləri davam edir.
Zəlzələ bölgələrində möcüzəvi xilasetmə işləri davam edir.
Bildirilir ki, Mersin Böyükşəhər Bələdiyyəsi Xilasetmə Müdirliyinə bağlı axtarış-xilasetmə qrupları zəlzələ bölgəsində can xilas etmək üçün çalışır.
Qeyd edək ki, Mersin Xilasetmə Müdirliyinə bağlı xilasetmə qrupları dağıntılar altından 18 heyvanı da sağ-salamat çıxarıb.
QAZİLER,AZ