Gürcüstanda bu gün 3 dəfə zəlzələ olub...

Gürcüstanda bu gün 3 dəfə zəlzələ olub... backend

Tələfat və dağıntı olmayıb

Gürcüstanın qərbində 4.4 və 3.6 bal gücündə iki zəlzələ baş verib.

QAZİLER.AZ Axar.az -a istinadən xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla saat 12:21-də Ozureqi şəhərindən 5 km aralıda Qomi kəndi ərazisində qeydə alınıb.

Tələfat və dağıntılar barədə məlumat verilməyib.

Qeyd edək ki, Gürcüstanın Kobuleti bölgəsində dünən axşam saatlarında 4,5 bal gücündə zəlzələ baş vermişdi.

Gürcüstan ərazisində saat 17:55-də daha bir zəlzələ qeydə alınıb.

Gürcü mediası zəlzələnin Samsxe-Cavaxetiya ərazisində, 3,1 bal gücündə, 5 km dərinlikdə baş verdiyini yazıb.

Diaspora