Tikintisi 2013-cü ildə başa çatan 12 mərtəbəli 250 mənzilli “Renessans Residence” Türkiyədə baş verən 7,7 bal gücündə zəlzələ nəticəsində yerlə bir olub. Yüzlərlə insanın məzarlığı olan binanın podratçılarından biri xaricə qaçmaq istəyərkən yaxalanıb.
Qaziler.az Türkiyə mediasına istinadla xəbər veri ki, təqribən min nəfərin yaşadığı təxmin edilən rezidansda çoxlu sayda bina sakini dağıntılar altında qalaraq həyatını itirib. Məsələ ilə bağlı İstanbul Respublika Baş Prokurorluğu tərəfindən araşdırma başladılıb.
Rezidansın memarı Mehmet Yaşar Çoşkun və inşaat mühəndisi Hüseyin Yalçın Coşkun tərəfindən tikildiyi müəyyən edilib.
Bu gün isə memar Coşkun pullarla Qaradağa qaçmaq istəyərkən İstanbul hava limanında saxlanılıb. Həmçinin rezidansın mühəndisi Hüseyin Yalçın Coşkunun da axtarıldığı bildirilir.
QAZİLER.AZ