Türkiyədə yaşanan zəlzələdən sonra Hatayın Tepehan kəndində 35 hektarlıq zeytun bağını iki yerə bölən böyük yarıq meydana gəlib.
Qaziler.az Türkiyə mediasına istinadla xəbər verir ki, dərinliyi təxminən 30 metr, eni 200 metr olan çuxur vətəndaşları narahat edib.
Hətta insanların bəzisi zəlzələ zamanı güclü partlayış səsi eşitdiklərini və ərazidə yaşıl işığın yandığını gördüklərini bildiriblər.
QAZİLER.AZ