Suriyalılar tırların qarşısını kəsdilər
Ötən gün Türkiyəyə göndərilən yardım tırları suriyalı silahlı dəstə üzvləri tərəfindən qarət olunub. Tırların qarşısını kəsən silahlılar aparılan yardımı hədə-qorxu gələrək boşaldıblar.
QAZİLER.AZ-a məlumat verən Ayşe Özay bildirib ki, tırlara hücum edənlər sürücüləri ölümlə hədələyiblər, ya öz xoşunuzla verin, ya sizi sağ buraxmayacayıq. Hətta ötən gün yardım boşaldılan anbarlara da basqın ediblər.
Bir neçə dəstə polis tərəfindən ələ keçirilib. Yollarda nəzarət gücləndirilib. Qeyd edək ki, belə silahlı basqınlarda sürücülərin də həyatı təhlükə qarşısında qalır.
"Türkiyə bu ağır günlərində bir tərəfdən də bu alçaqlarla mübarizə aparır", - deyə, Özay bildirib.
QAZİLER.AZ