Türkiyənin bölgələrindən soydaşlarına dəstək durmadan artır
Zəlzələdə zərərçəkmiş vətəndaşların yerləşdirilməsi getdikcə sürətlənir. Beləki, evləri dağılmış zərərçəkənlərə Türkiyənin bölgələrindən durmadan yaşayış üçün məkan təklifi gəlir
QAZİLER.AZ-a Türkiyədən məlumat verən mənbə bildirir ki, Ərzurumda iş adamları öz şəxsi otellərində zərərçəkmiş soydaşlarını yerləşdirmək qərarına gəliblər. İş adamları Muhammed Ergin və Ömər Faruk Ergin bildiriblər ki, lazım olan vaxta qədər soydaşlarını hər şəraitlə təmin olunmuş otellərində saxlamağa hazırdılar.
QAZİLER.AZ