Xilas olan körpələrin əksəriyyəti ağır yaralıdır
Türkiyədə dağıntılar altında qalan insanların axtarış və xilasetmə prosesi daha da gücləndirilib. Çünki zaman keçdikcə sağ qalma ehtimalları azalır. İnsanlar artıq 5-ci gündür dağıntılar altında ac-susuz qalıblar. Əsasən də susuzluq onların taqətini kəsir, haldan salır.
QAZİLER.AZ-a Türkiyədən məlumat verəm Ayşe Özmen bildirir ki, dağıntılar altından azyaşlıları, körpələri çıxartmaq çətindir, çox vaxt aparır. Çünki dil başa düşməyən körpəyə nə edəcəyini anlatmaq olmur. Xilasedicilər körpələri onların diqqətini çəkə biləcək oyuncaq, şirniyyat, yemək qablarını göstərərək irəli hərəkət etməyə məcbur edirlər.
QAZİLER.AZ