Məşhur türkiyəli aktyorun doğmalarını xilas etmək mümkün olmadı

Məşhur türkiyəli aktyorun doğmalarını xilas etmək mümkün olmadı backend

Türkiyədə baş verən dağıdıcı zəlzələ nəticəsində məşhur türkiyəli aktyor Erkan Petekkayanın yaxınları da həyatını itiriblər.  

Bu barədə aktyorun həyat yoldaşı Didem Petekkaya özünün sosial şəbəkə hesabında yazıb.

“Olmadı... Allah hər kəsin köməkçisi olsun”, - deyə aktyorun həyat yoldaşı paylaşımında qeyd edib.

Qeyd edək ki, daha əvvəl cütlük Hatayda dağıntılar altında qohumlarının - İsmail Kuseyrioğlu, Ayşegül Kuseyrioğlu, Zeynep Kuseyrioğlunun (9 yaşında) qaldığını qeyd edərək yardım istəmişdilər. (oxu.az)

Diaspora