Türkiyə Voleybol Federasiyası Türkiyənin 10 vilayətində baş verən, "əsrin fəlakəti" olan iki zəlzələdə 3 voleybolçunun həyatını itirdiyini açıqlayıb.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Türkiyə Voleybol Federasiyasından verilən açıqlamada Malatya BBSK Voleybol Komandasının oyunçuları Rəsul Gün, Görkem Can Gündüz və Tunahan Yıldızın zəlzələdə həlak olduğu bildirilib.
Türkiyə Voleybol 2-ci Liqasının 5-ci Qrupunda mübarizə aparan Malatya komandasında 5 idmançı həyatını itirib.
Türkiyə Voleybol Federasiyası daha əvvəl Mehmet Can Ağırbaş və Murat Çiloğullarının ölüm xəbərini vermişdi.
QAZİLER.AZ