5 gündür zirzəmidə bir küncdəki stolun altında qalan Adnan Muhammed Qorqud dağıntılar altından çıxarılıb.
Qaziler.az bildirir ki, Türkiyədə acı fəlakətin yaşadığı 5-ci günündə ölüm sayında dəhşətli rəqəmlər olsa da möcüzəvi qurtuluşlar ümidə çevrildi.
Aradan xeyli vaxt keçməsinə baxmayaraq, axtarış-xilasetmə qrupları bir an belə ümidlərini üzməyiblər.
Belə bir ümid zəlzələnin 5-ci günündə Qazientepdə gerçəkləşdi.
Xilasedicilər Şehitkamil rayonunda 5 mərtəbəli binanın dağıntıları altında qalan şəxslərdən biri - 17 yaşlı Adnan Muhammed Qorqudu xilas edib.
Oğlunun səs verdiyini eşidən ata bu müddətdə dağıntıların başından ayrılmamışdı. Adnan xilas ediləndə göz yaşlarına boğulan ata dağıntılar önündə dua edib.
Anası Pakize, atası Mehmet Qorqud və qardaşı xərəkdə, gözyaşları içində Adnanı qarşılayıb: "Yaxşıyam, sidiyimi içərək bu 5 gündə sağ qaldım. Rəbbimə şükürlər olsun. Sizin gəlmənizi gözlədim. Şükür. İtim aşağıdadı, səsi gəlirdi", - dedi.
QAZİLER,AZ