Türkiyənin Hatay bölgəsində zəlzələ zamanı dağıntılar altında qalan 1,5 yaşlı körpə Sela və ailəsi 96 saatdan sonra sağ-salamat çıxarılıb.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Pendik Bələdiyyəsi Axtarış Qurtarma Qrupları (PEAK) Hatayda 96 saat davam edən əməliyyat zamanı 1,5 yaşlı qız Sela Elbarazi və eyni ailənin 4 üzvünü dağıntılar altından xilas edib.
Qruplar körpə səsinin eşidilən yerə cəmləşib.
Hatay Antakyanın Urgan Paşa Mahallesi, Şehit Mehmet Duran Prospekti, Huzur Apartmanı'nda çalışan Pendik Bələdiyyəsi axtarış qurtarma qrupları, körpə səsini eşidib işlərini sürətləndirib.
Gərgin səylərdən sonra 1,5 yaşlı körpə Sela dağıntılar altından xilas edilib. Daha sonra Selanın valideynləri, qardaşı və dayısı dağıntılar altından sağ-salamat çıxarılıb..
QAZİLER.AZ