Rus işğalçıları Ukraynanın cənub-şərqində hücuma keçə bilər, çünki orada onların ehtiyatlarını artırmaq imkanları var.
Qaziler.az bildirir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin rəhbəri Aleksey Reznikov keçirdiyi brifinq zamanı deyib.
"Cənub-şərq hissəsinə gəlincə, təhlükə (hücum - red.) var. Çünki orada onların qruplaşması silah, texnika, insanlarla daha yaxşı təminat imkanına malikdir. Ona görə də təbii ki, orada vəziyyət daha gərgindir. Mən demək istəyirəm ki, Zaporojyedən Donetsk vilayətinə qədər olan bölgədə vəziyyət daha gərgindir”, - o vurğulayıb.
QAZİLER.AZ