Türkiyə zəlzələnin vurduğu zərərin miqdarını açıqladı

Türkiyə zəlzələnin vurduğu zərərin miqdarını açıqladı backend

Türkiyənin ən böyük humanitar təşkilatlarından biri olan İHH-nin Hatay vilayəti üzrə baş koordinatoru Bilal Kaya ölkədə zəlzələlərin vurduğu zərərin məbləğinin 4 milyard dolları keçəcəyini bildirib.

Qaziler.az xəbər verir ki, o bu barədə TASS-a verdiyi şərhində deyib. Daha əvvəl “Fitch Ratings” sığorta analitikləri də bu məbləği açıqlayıb.

“Fitch” agentliyinin qeyd etdiyi həmin rəqəm 4 milyard dollardır, hətta beş də çox azdır. Görün, təkcə İsgəndərun şəhərində 200 bina dağıdılıb. Ən azı 3000 mənzili yenidən tikməliyik. Bu rəqəmlər isə yalnız bir şəhərə aiddir. Beləliklə, ilkin hesablasaq, zərər elan edilən rəqəmlərdən bir neçə dəfə çox olacaq”, - deyə Kaya TASS-dan sitat gətirib.

QAZİLER.AZ

Diaspora