“Yer qabığında 400 kilometr xətt boyunca 3-4 metr deformasiya meydana gəlib”.
Qaziler.az Türkiyə mediasına istinadla xəbər verir ki, AFAD-ın Zəlzələ Riski və Azaldılması üzrə Baş direktoru Orhan Tatar faciə ilə bağlı açıqlamalar verib. O, təkanların hələ də davam etdiyini bildirib və zədələnmiş binalardan uzaq durulması haqda xəbərdarlıq edib.
Yerdə baş verən ən böyük zəlzələlərdən biri olduunu vurğulayan Tatar açıqlamalarında bunları qeyd edib:
“Yer qabığında 400 kilometr xətt boyunca 3-4 metrlik deformasiya yaranıb. Yerdə meydana gələn ən böyük zəlzələlərdən biridir. Afterşokların müəyyən maqnitudaya qədər ola biləcəyini deyə bilərik”, - deyə Orhan Tatar bildirib.
QAZİLER.AZ