Zəlzələdən ən çox zərər çəkən yerlərdən biri olan Türkiyənin Antakya şəhərində xilasetmə əməliyyatı davam edir.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Hatayda 85 saat sonra möcüzə nəticəsində dağıntılar altında sağ qalan vətəndaş xilas edilib.
Görüntülər Hatayın mərkəz mahalı olan Antakyada qeydə alınıb.
Dağılmış binada saatlarla xilas olunmağı gözləyən vətəndaş xilasedicilərin gecə-gündüz səyi nəticəsində sağ-salamat çıxarılıb.
Alqış sədaları altında xərəkdə daşınan vətəndaşa yaradılan səhra xəstəxanasında ilkin tibbi yardım göstərilib.
Bu zaman bir nəfərin “anam burdadır, anam” deməsi eşidilir. Emosional anlar Ensonhaber kamerasına əks olunub.
QAZİLER.AZ