Kahramanmaraşda axtarış-xilasetmə zamanı xilasedicilər qorxulu anlar yaşadı - VİDEO

Kahramanmaraşda axtarış-xilasetmə zamanı xilasedicilər qorxulu anlar yaşadı - VİDEO backend

Türkiyənin Qaziantep bölgəsində baş verən iki zəlzələdən  58 saat sonra dağıntılar altından gələn səsin ardından xilasedici qruplar işlərini intensivləşdirib. Bu zaman yeni təkanlar qorxulu anlar yaşadıb.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki,  axtarış-xilasetmə qrupları ilk 72 saat ərzində sürəti azaltmadan  işlərini davam etdirir.

Qaziantepdə axtarış-xilasetmə qrupları dağıntılar altında qalan 3 nəfərin reaksiyasından sonra səfərbərlik elan edib.

Dağıntılar altında olan səslərin 25 yaşlı Mustafa Tabur, 28 yaşlı Ersin Tabur və 65 yaşlı Mithat Tabur olduğu bildirilib.

Beton blokları kranla qaldıran, zaman-zaman vedrələrlə beton və qumu boşaldan qruplar artçı təkanlardan panikaya düşərək nə edəcəklərinə bilməyiblər...

QAZİLER.AZ


 

Diaspora